“Apple”dən tarixi rekord: 5 trilyon dollar...

29.07.2026

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


“Apple” tarixdə bazar dəyəri 5 trilyon dollara çatan ikinci şirkət olub.

“Bakupost” xəbər verir ki, “iPhone” istehsalçısının səhmləri gün ərzində 1,8% bahalaşaraq 342,89 dollara yüksəlib və şirkətin bazar dəyəri ilk dəfə 5 trilyon dolları ötüb.

Məlumata görə, qısa müddət sonra şirkətin bazar dəyəri yenidən bu həddin altına düşüb. Bununla belə, səhmlər 340,43 dollar səviyyəsindən yuxarı bağlanacağı təqdirdə, “Apple” bu göstəricini rəsmi olaraq qoruyacaq.

Qeyd edək ki, “Nvidia” mayın 14-də 5,7 trilyon dollarlıq bazar dəyəri ilə rekord müəyyənləşdirsə də, həmin vaxtdan bəri şirkətin bazar dəyəri təxminən 1 trilyon dollar azalıb.

Hazırda “Apple” S&P 500 indeksində bazar dəyərinə görə ən böyük şirkət hesab olunur.

Vüsalə Hüseynova,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью