“Apple”ın ağıllı eynəkləri gəlir: Bu tarixdə təqdim olunacaq

08.07.2025

Lent az saytına istinadən Icma.az xəbər verir.

“Apple” 2027-ci ilin ikinci rübündə foto və video çəkməyə və musiqi dinləməyə imkan verəcək ilk smart eynək modelini kütləvi istehsala keçirməyə hazırlaşır.

Lent.az xəbər verir ki, bunu analitik Ming-Chi Kuo deyib.

Bu yeni cihaz istifadəçilərə toxunma və ya səsli əmrlərdən istifadə etməklə foto çəkməyə, video yazmağa və musiqi dinləməyə imkan verəcək.

Bununla belə, birinci nəsil “Apple” eynəklərinin inteqrasiya olunmuş artırılmış reallıq (AR) ekranının olmayacağı bildirilir.

Analitiklər şirkətin ağıllı eynək modelinin daha uğurlu olacağını proqnozlaşdırırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью