Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ultra nazik dizaynı ilə seçilən “Apple”ın yeni “iPhone Air”i, şirkətin ən vacib bazarlarından biri olan Çində gözlənilməz bir uğursuzluqla üzləşib.
Lent.az xəbər verir ki, məlumata görə, “iPhone 17” seriyası 17 milyon ədəd satıldığı halda, “iPhone Air” yalnız 200.000 ədəd satış həcminə çata bilib.
Tələbatın az olması səbəbilə “Apple” tədbir görərək qiymətləri endirərək cihazı təxminən 788 dollara təklif etməyə başlayıb.
İlk 10 həftəsində dəyərinin 47,7%-ni itirən telefon, 2022-ci ildən bəri ən yüksək dəyər itkisinə məruz qalan model kimi qeydə alınıb.
İstifadəçi marağının olmamasının cihazın məhdud batareya tutumu, tək dinamik və tək kamera kimi çatışmazlıqları ilə əlaqəli olduğu ehtimal olunur.