Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-nin texnologiya nəhngi "Apple" 2026-cı maliyyə ilinin ilk rübündə güclü nəticələr açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, şirkətin xalis satışları illik müqayisədə 16 faiz artaraq 143,8 milyard dollara çatıb və bazar gözləntilərini üstələyib.
Rüb üzrə xalis mənfəət isə 42,1 milyard dollar olub, səhm başına mənfəət 2,84 dollara yüksəlib.
"iPhone" satışlarından əldə olunan gəlir 23 faiz artaraq 85,3 milyard dollara çatıb, "iPad" satışları da 6 faiz yüksəlib.
"Mac" satışlarında isə 7 faiz azalma qeydə alınıb.
Əli Hüseynov