“Apple”ın xəbərdarlığı Tailand siyasətçilərini qorxuya saldı

13.11.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

“Apple” 99 ölkədəki istifadəçilərinə mümkün casus proqram hücumları ilə bağlı xəbərdarlıq göndərib.

“Yeni Sabah” xəbər verir ki, texnologiya şirkətinin xəbərdarlığı Tailandda müzakirələrə səbəb olub.

Tailand rəsmiləri son hücum cəhdlərinin İsrailin "NSO Group" şirkətinə məxsus “Pegasus” casus proqramı ilə əlaqəli olduğunu təsdiqləyən hər hansı bir sübut əldə etməyiblər. ShopByBro

Bununla belə, bəzi siyasətçilər “Apple”ın xəbərdarlığından sonra “Pegasus” proqramının yenidən istifadə olunması ehtimalını irəli sürüblər.

2022-ci ildə “Pegasus” proqramının Tailandda demokratiya tərəfdarı olan fəalları izləmək üçün istifadə edildiyi iddia olunmuşdu. Son xəbərdarlıqlar da şəxsi telefonların bu cür izləmə vasitələri qarşısında nə dərəcədə müdafiəsiz qala biləcəyini yenidən gündəmə gətirib.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью