Icma.az bildirir, Modern.az portalına istinadən. Bakıda və Abşeron yarımadasında aprelin 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, ara
Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi normadan 769 mm civə sütunundan 763 mm civə sütuna enəcək.
Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gündüz ayrı-ayrı yerlərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq.
Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.