Aprel döyüşləri bizə göstərdi ki... Babacanyan

02.04.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“2016-cı ildəki Aprel döyüşləri Ermənistana açıq və birbaşa xəbərdarlıq idi”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan Respublikası Uğrunda Partiyasının sədri Arman Babacanyan deyib.

Onun sözlərinə görə, Ermənistan bu xəbərdarlığı  təhlil etmədi, yenidən dəyərləndirmədi, ən əsası isə dağıdıcı kursunu dəyişmədi:

“Nəticə daha ağır oldu: 2020-ci il müharibəsi. Doqquz il sonra dörd günlük aprel döyüşü bizə dünyanın qeyri-müəyyənliyə dözmədiyini xatırladır. Müstəqillik və təhlükəsizlik təkcə səngərlərdə təmin olunmur. Onlar kəskin strateji uzaqgörənlik, effektiv idarəetmə, institusional güc və müttəfiqlərin diqqətlə seçilməsi ilə qorunur. Aprel sadəcə bir anım deyil, siyasi bələdçidir. Bundan dərs çıxarılmalıdır”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью