Apreldə qar yağacaq Türkiyədə xəbərdarlıq edildi, bizdə də temperatur dəyişəcək

07.04.2025

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İstanbul üçün qar xəbərdarlığı edilib.

Milli.Az xəbər verir ki, Türkiyədə hava anidən dəyişəcək.

Meteoroloqlar bildiriblər ki, Bazar ertəsindən Cümə gününə qədər havada ciddi temperatur enişi olacaq. Xəbərdarlığa görə bəzi ərazilərdə qar, sulu qar yağacaq.

Bəzi bölgələrdə temperatur ötən həftəyə nisbətən təxminən 10 dərəcə enəcək.

Qeyd edək ki, Bakıda da temperatur yaxın günlərdə xeyli düşəcək.

İslam
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью