Apreldə xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

02.05.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 2 may, AZƏRTAC

Bu ilin aprel ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 147 min 893 nəfər olub.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onların 111 min 808-i yaşa, 14 min 189-u əlilliyə, 21 min 896-sı isə ailə başçısını itirməyə görə pensiya alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью