Aprelin 1 dək partiyalar maliyyə hesabatlarını MSK ya təqdim etməlidirlər

17.03.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında partiyanın 2024-cü il üzrə maliyyə hesabatı təsdiq edilib.

APA-nın xəbərinə görə, qanunvericiliyə uyğun olaraq 2024-cü il üzrə maliyyə hesabatı Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq.

Qeyd edək ki, siyasi partiyaların MSK-ya 2024-cü il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət aprelin 1-i başa çatır. MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Azərbaycanda dövlət tərəfindən qeydiyyata alınmış 26 partiya mövcuddur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью