Aprelin 28 də bu ərazilərdə qaz olmayacaq

27.04.2025

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aprelin 28-də Babək rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Metbuat.az xəbər verir ki, 159 mm və 50 mm borular korroziyaya uğradığı üçün yeraltı xətlərin yerüstü xətlərlə dəyişdiriməsi ilə əlaqədar rayonun Cəhri qəsəbəsi, Gülşənabad, Payız, Aşağı Buzqov, Yuxarı Buzqov və Kərməçataq kəndlərində saat 09:00-dan qaz təchizatı dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью