Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Respublikada əczaçılıq fəaliyyəti "Dərman vasitələri haqqında", "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanunla və Səhiyyə Nazirliyinin Kollegiyasının "Əczaçılıq:
fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə" 11 yanvar 2018-cı il tarixli, 01 nömrəli Qərarı ilə tənzimlənir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirib ki, əczaçılıq fəaliyyətinə lisenziya almaq istəyən hüquqi və ya fiziki şəxslər Azərbaycan Respublikasının "Lisenziyalar və icazələr haqqında" Qanunun 18-ci maddəsində nəzərdə tutulan müvafiq sənədləri toplayaraq "ASAN xidmət" mərkəzləri vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etməlidir.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin