Aptekdən 500 manat apardı

22.02.2025

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Bu gün paytaxtın Binəqədi rayonu ərazisində yerləşən apteklərin birindən 500 manat oğurlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 27 yaşlı S.Bəkirov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью