Aptekdən film kimi oğurluq ANBAAN VİDEO

24.01.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

ABŞ-ın Missisipi ştatında aptekdən 100 min dollarlıq dərman oğurlanıb.
Bizim.Media xəbər verir ki, aptekin təhlükəsizlik kameraları hadisəni anbaan lentə alıb.
 

Belə ki, iki oğru səhər saatlarında şüşələri sındıraraq aptekə daxil olublar. Onlar güclü ağrıkəsici təsirə malik 5000 ədəd hidrokodon tabletini oğurlayıblar.


Cinayətkarlar qara rəngli “Infiniti” markalı avtomobillə hadisə yerindən uzaqlaşıblar.
Oğurlanan dərmanların qiyməti 100 min dollar civarındadır.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью