Aptekdən oğurladığı üz kremlərini satan şəxsi polis saxladı

26.11.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Nərimanov rayonu ərazisində yerləşən apteklərdən birində oğurluq hadisəsi qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, aptekə müştəri qismində daxil olan şəxs satıcının diqqətinin yayınmasından istifadə edərək ümumi dəyəri 500 manata yaxın olan üz kremlərini oğurlayıb. Hadisə barədə aptek sahibi polisə müraciət edib.

Polisin keçirdiyi tədbirlərlə oğurluq edən O.Hüseynov müəyyən olunaraq saxlanılıb. Həmin şəxs oğurladığı məhsulları daha sonra gözəllik salonlarından birinə satdığını bildirib. Online shopping Azərbaycan

Faktla bağlı araşdırma davam etdirilir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью