Aptekə basqın edən şəxs saxlanıldı

04.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Aptekə basqın edən şəxs saxlanılıb.

"Unikal" xəbər verir ki, Binəqədi rayonunda yerləşən aptekdə əczaçı işləyən Sevinc Qabulova aptekə tanımadığı şəxsin bıçaqla daxil olaraq ona hədə-qorxu gələrək 232 manat pulunun alındığı barədə polisə müraciət edib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün quldurluq hadisəsini törətmiş şəxs, 1986-cı il təvəllüdlü Nurlan Adgözəlov saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью