Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yeni nəsil tibb araşdırmaları ananasın tərkibində olan bromelain fermentinin boğaz ağrısı və öskürəyin yüngülləşdirilməsində bəzi kimyəvi şərbətlərə alternativ ola biləcəyini göstərib.
Demokrat.az xəbər verir ki, elmi tədqiqatlara görə, təzə ananas suyu boğazdakı iltihabı azaltmaq və qıcıqlanmanı yüngülləşdirmək potensialına malikdir. Meyvənin təbii komponentləri bəlğəmi yumşaldır və tənəffüs yollarında həssaslığı azalda bilir. Mütəxəssislər bu təsirin bəzi hallarda ənənəvi öskürək şərbətlərinə alternativ ola biləcəyini bildirirlər.
Ananasın əsas aktiv komponentlərindən biri olan bromelain fermenti orqanizmdə iltihabi proseslərin azalmasına və toxuma bərpasının sürətlənməsinə kömək edir. Klinik müşahidələr zamanı təzə sıxılmış ananas şirəsinin boğazdakı seliyi parçalayaraq udma çətinliyini azaltdığı qeydə alınıb.
Mütəxəssislərin fikrincə, bu təbii fermentin üstünlüklərindən biri onun nisbətən az yan təsir riski və orqanizm tərəfindən sürətli mənimsənilməsidir.
Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Demokrat.az xəbər verir ki, elmi tədqiqatlara görə, təzə ananas suyu boğazdakı iltihabı azaltmaq və qıcıqlanmanı yüngülləşdirmək potensialına malikdir. Meyvənin təbii komponentləri bəlğəmi yumşaldır və tənəffüs yollarında həssaslığı azalda bilir. Mütəxəssislər bu təsirin bəzi hallarda ənənəvi öskürək şərbətlərinə alternativ ola biləcəyini bildirirlər.