Apteklərdə 12 planlı, 3 plandankənar yoxlama aparılıb

02.12.2024

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi noyabr ayı ərzində 15 aptekdə yoxlama aparıb. Bu barədə SİA-ya Mərkəzdən məlumat verilib.

Qeyd edilib ki, Bakı şəhəri üzrə 4, respublikanın digər şəhər və rayonlarında isə 11 aptek olmaqla, 12 aptekdə planlı, 3 aptekdə plandankənar təftiş aparılıb. Yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb.

Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 210.1, 221.1 və 452.3 maddəsi üzrə protokollar tərtib edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью