Apteklərdə dərmanlar bu şərtlərlə satılacaq YENİLİK

27.11.2024

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İcbari Tibbi Sığorta növbəti ildən ambulator şəraitdə resept əsasında yazılan dərman təminatını qarşılamağı nəzərdə tutur.

Avtosfer.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova Milli.az-a bildirib.

Bu zaman vətəndaşlar  apteklərdən istədikləri dərmanı ala biləcəklər. İlkin mərhələdə ürək-damar, daha sonra isə həzm və tənəffüs sistemi xəstəliklərinin dərmanları qarşılanacaq. Qanunvericilikdə bu qərar təsdiqini tapsa, artıq həkimlər diaqnozu müəyyən etdikdən sonra elektron resepti yazıb, pasientlərə verəcəklər. Agentlik özəl apteklərlə müqavilə bağlayacaq. Bu zaman pasientlər agentliklə müqaviləsi olan apteklərə yaxınlaşaraq həmin dərmanları sığorta hesabına ala bilərlər. Yaranacaq  qiymət fərqini isə vətəndaşların özləri ödəməlidir.

Qeyd edək ki, qanun layihəsində dəyişiklik hazırda Milli Məclisdə oxunus mərhələsindədir. Qanunun təsdiqindən sonra mərhələli şəkildə dərman vasitələri sığorta təminatına alınacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью