Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi, Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03.07.2015-ci il tarixli 209 №-li Qərarı ilə dərman vasitələrinin satışında qiymət intizamına, o cümlədən dərman vasitələrinin qiymətlərinin bu Qaydaya uyğun olaraq göstərilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aiddir".
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, bəzən müraciətdə qeyd olunan vasitənin dərman vasitəsi deyil bioloji fəallığa malik qida əlavəsi olması müəyyənləşir.
Bioloji fəallığa malik qida əlavələrinin qiymətləri qanunvericiliyə görə tənzimlənmir, bazar iqtisadiyyatına uyğun olaraci sərbəst müəyyənləşir.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin