Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sosial şəbəkələrdə "Selsept 500 mq 50 tablet" dərman vasitəsinin müxtəlif apteklərdə fərqli qiymətlərlə satışa təqdim edilməsi ilə bağlı iddia səsləndirilib.
AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, paylaşımda vətəndaş həmin dərman vasitəsinin iki ayrı aptekdə müxtəlif qiymətlərlə, birində 123,02, digərində isə 67,60 manata satıldığını bildirərək bunun səbəbini sual edib.
Hətta bununla bağlı dərmanın qəbzini də paylaşıb.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq bildirildi ki, həmin dərman vasitəsi üçün Tarif Şurası tərəfindən müəyyən edilmiş yuxarı satış qiyməti 123 manat 02 qəpik təşkil edir. Vətəndaşa "Selsept 500 mq 50 tablet" dərman vasitəsinin 67 manat 60 qəpiyə satışı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən aptek müəssisəsində həyata keçirilib. Ədliyyə Nazirliyinin dövlət reyestrindən çıxarış əsasında Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən həmin aptek müəssisəsində yoxlama keçirilib. Təqdim olunmuş izahata əsasən, satışa çıxarılan preparat aptekə aid olmayıb, işçinin yaxın qohumuna məxsus olub və artıq istifadə edilmədiyi üçün aşağı qiymətə satılması məqsədilə aptekdə realizə edilib. Aşkar olunmuş pozuntularla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunub və qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görülüb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, paylaşımda vətəndaş həmin dərman vasitəsinin iki ayrı aptekdə müxtəlif qiymətlərlə, birində 123,02, digərində isə 67,60 manata satıldığını bildirərək bunun səbəbini sual edib.
Hətta bununla bağlı dərmanın qəbzini də paylaşıb.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq bildirildi ki, həmin dərman vasitəsi üçün Tarif Şurası tərəfindən müəyyən edilmiş yuxarı satış qiyməti 123 manat 02 qəpik təşkil edir. Vətəndaşa "Selsept 500 mq 50 tablet" dərman vasitəsinin 67 manat 60 qəpiyə satışı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən aptek müəssisəsində həyata keçirilib. Ədliyyə Nazirliyinin dövlət reyestrindən çıxarış əsasında Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən həmin aptek müəssisəsində yoxlama keçirilib. Təqdim olunmuş izahata əsasən, satışa çıxarılan preparat aptekə aid olmayıb, işçinin yaxın qohumuna məxsus olub və artıq istifadə edilmədiyi üçün aşağı qiymətə satılması məqsədilə aptekdə realizə edilib. Aşkar olunmuş pozuntularla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunub və qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, sözügedən dərman vasitəsi böyrək, ürək və ya qaraciyər transplantasiyasından sonra orqan rəddinin qarşısını almaq üçün istifadə olunan preparatdır.