Apteklərdə təzyiq ölçmək qadağandır? Deputatdan AÇIQLAMA

02.11.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Vətəndaşların bir qismi şikayət edir ki, bəzi apteklərə təzyiqlərini ölçdürmək məqsədilə müraciət etsələr də, əczaçılar bunun qadağan olduğunu və belə bir icazələrinin olmadığını bildirərək xidmətdən imtina edirlər. Halbuki insan qəfil özünü pis hiss etdikdə, ilkin olaraq təzyiqini yoxlatmaq üçün yaxınlıqdakı aptekə üz tuta bilər. Məqsəd isə səhhətində yaranan problemin təzyiqlə bağlı olub-olmadığını müəyyənləşdirmək və zərurət yarandıqda müvafiq tibbi yardım almaqdır.

Bəs apteklərdə təzyiqin ölçülməsinə icazə verilməməsi nə dərəcədə əsaslıdır? 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirdi ki, aptek təşkilatları özəl müəssisələrdir, daxili iş qaydalarını özləri müəyyən edirlər:

"Dövlət tibb müəssisəsi olsa idi, təbii ki, bunu etmək məcburi olardı. Aptek təşkilatı dərman vasitələrinin pərakəndə satışını (dərman vasitələrinin fərdi sifarişlər əsasında hazırlanması da daxil olmaqla) həyata keçirən fərdi sahibkar və ya hüquqi şəxsdir. "Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində qeyd olunur ki, “Aptek təşkilatlarında xəstə qəbul etmək qadağandır. Həyat üçün təhlükəli hallarda ilk tibbi yardım göstərilə bilər”. Apteklərin ona yaxınlaşan pasiyentin təzyiqini ölçmək kimi bir məsuliyyəti yoxdur. Əminəm ki, vətəndaşa təcili hallarda yardım göstərən apteklər az deyil. Belə halda, ilkin olaraq yardım göstərilib təcili tibbi yardım çağırılmalıdır".

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью