Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Harvard Universiteti (ABŞ) alimləri süni vitaminlərlə bağlı olan geniş araşdırma aparıblar.
Alimlər belə qərara gəliblər ki, süni vitamin-mineral kompleksləri və qida əlavələri nəinki faydasızdır, bəzi hallarda insan sağlamlığına hətta ciddi ziyan vura bilər.
Xüsusilə bu vitaminlər müstəqil şəkildə, həkimlə məsləhətləşmədən və müayinələrdən keçmədən qəbul olunursa.
Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, Amerika alimləri aşkar ediblər ki, süni vitaminləri qəbul edən 40% insan belə terapiyadan heç bir fayda almır.
Yaşlı insanlar və hamilə qadınlara vitaminlər ciddi ziyan vura bilər.
Hamiləlik zamanı bu və ya digər vitaminin artıqlığı dölün inkişafına mənfi təsir edə bilər.
Hamiləlik zamanı yalnız fol turşusunun qəbulu vacib və faydalı sayılır.