Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Məşhur detektiv müəllifləri Aqata Kristi ve Doroti Seyersin həyat və yaradıcılığına həsr olunan serial yayımlanacaq.
Kulis.az xəbər verir ki, "BBC" ve "BritBox International" telekanallarında göstəriləcək "Detektivlər klubu" serialında süni intellektdən və bərpa olunmuş səs yazılarından istifadə ediləcək.
Serialda 100 il əvvəl qurulan, ələ keçirilməsi çətin və sirlərlə dolu olan "Detektivlər klubu"nun bilinməyən tərəfləri də ekranlaşdırılacaq.
"BBC Studios Drama Productions" tərəfindən hazırlanan ekran əsərində Kristi və Seyers hər seriyanın sonunda cinayətləri aşkara çıxaracaqlar.
Qeyd edək ki, yazıçıların obrazlarını kimlərin canlandıracağı isə hələlik açıqlanmayıb.
Stiven Kinqin romanı film olur - “The Running Man”dan ilk treyler "Bulvarda kino axşamı" adlı yeni layihəyə start verilir Nadir Rüstəmliyə ağır itki