AQC də yeni təyinatlar olub | Icma.az
Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyəti və rəhbər şəxslərinin 2025-ci ildə ilk birgə toplantısı keçirilib.
Toplantıda Cəmiyyətin cari il üçün büdcəsi və fəaliyyət proqramı müəyyən edilib.
Eyni zamanda, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni strukturları təsis edilib və vəzifələrinə yeni təyinatlar təsdiqlənib.
Fərid Rüstəmov Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədrinin 1-ci müavini vəzifəsinə, Nail Həşimov AQC sədrinin müavini vəzifəsinə təyin edilib.
Rüfət Əliyev Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İcra Aparatının rəhbəri vəzifəsinə, Xətai Teymurov Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İcra Aparatının rəhbərinin müavini vəzifəsinə təyin edilib.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədrinin sərəncamı ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin maliyyə məsələləri üzrə sədr müavini vəzifəsi ləğv edilib.
Başqa sərəncamla Maliyyə Departamenti, Strateji İnkişaf departamenti, eləcə də Bank və Sığorta Qiymətləndirməsi departamentləri yaradılıb.
Tam oxu
Xəbəri oxu