AQEM çərçivəsində Azərbaycanın atdığı addımlar təkcə region daxilində deyil, qlobal müstəvidə də təqdir görür

23.04.2025

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Çinin Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsində (AQEM) sədrliyini dəstəkləməsi və bu platforma çərçivəsində ölkəmizin fəaliyyəti ilə bağlı verdiyi yüksək qiymət, bir neçə mühüm aspektdən əhəmiyyət kəsb edir. İlk növbədə, bu dəstək Azərbaycanın regiondakı nüfuzunun artdığını və beynəlxalq əməkdaşlıq platformalarında təşəbbüskar rol oynadığını nümayiş etdirir.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Razi Nurullayev danışıb. Deputat qeyd edib ki, AQEM çərçivəsində Azərbaycanın rəqəmsallaşma, dayanıqlı inkişaf və qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində atdığı addımlar, təkcə region daxilində deyil, qlobal müstəvidə də təqdirəlayiqdir.

Razi Nurullayev

“Çin kimi güclü bir dövlətin bu fəaliyyəti açıq şəkildə dəstəkləməsi, Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm siqnaldır. Bu, həm də Asiyada inteqrasiyanı, etimad mühitinin gücləndirilməsini və qarşılıqlı maraqlar əsasında əməkdaşlığın genişlənməsini göstərir”-deyən deputat bildirib ki, Azərbaycanın rəqəmsallaşma və davamlı inkişaf sahəsində təcrübəsinin paylaşılması region ölkələri üçün nümunəvi model kimi çıxış edə bilər, eyni zamanda bu təşəbbüslər Azərbaycanın beynəlxalq platformalarda fəal və konstruktiv iştirakının göstəricisidir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью