AQEM in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub

13.04.2026

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbayla görüşüb.

APA xəbər verir ki, bu barədə Baş katib “X”də yazıb.

Görüş zamanı qarşıdan gələn AQEM sammiti və AQEM Media Forumuna hazırlıqlar müzakirə olunub.

Kayrat Sarıbay AQEM-də Azərbaycanın güclü liderliyini yüksək qiymətləndirdiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью