AQEM in Baş katibi Azərbaycanın səfiri ilə təşkilatın nailiyyətlərini müzakirə edib

18.09.2026

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Аsiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay Azərbaycanın Qazaxıstandakı yeni səfiri Əlimirzamin Əskərovla görüş keçirib.

SİA xəbər verir ki, bu barədə Sarıbay "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Görüş zamanı tərəflər Bakıdakı sammit ərəfəsində Azərbaycanın sədrliyi ilə AQEM-in nailiyyətlərini müzakirə ediblər.

"Azərbaycanın Qazaxıstandakı yeni səfiri Əlimirzamin Əskərovu AQEM-in mənzil-qərargahında salamlamaqdan şadam. Bakıdakı sammit ərəfəsində Azərbaycanın sədrliyi ilə AQEM-in nailiyyətlərini müzakirə etdik. AQEM Katibliyinin Astanadakı diplomatik korpusla qarşılıqlı fəaliyyətində Azərbaycanın Qazaxıstandakı səfirliyinin dəstəyini yüksək qiymətləndiririk", - Baş katib yazıb.

Qeyd edək ki, oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammiti keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью