AQEM sammiti: Azərbaycan Şərqlə Qərb arasında strateji körpüyə çevrilir

15.10.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın son illərdə yürütdüyü xarici siyasət çoxvektorlu xarakter daşıyır. Ölkə həm Qərb, həm də Şərq dövlətləri ilə siyasi-diplomatik və iqtisadi-ticarət əlaqələrini genişləndirməyə çalışır. Azərbaycanın Asiya ölkələri ilə əməkdaşlığının inkişafı və beynəlxalq platformalarda fəal iştirakı bu siyasətin əsas istiqamətlərindəndir.

Bunu politoloq Elçin Xalidbəyli Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünə ev sahibliyi etməsinin əhəmiyyətini Bakıvaxtı.az-a şərh edərkən deyib.

O bildirib ki, bu münasibətlərin əsasını siyasi-diplomatik əlaqələrin genişləndirilməsi, eyni zamanda iqtisadi-ticarət əməkdaşlığının daha geniş miqyas alması təşkil edir. Bu da Azərbaycanın gələcək inkişaf perspektivləri baxımından böyük əhəmiyyət daşıyır.

Politoloqun sözlərinə görə, Bakıda keçirilən zirvə toplantısı Azərbaycanın qlobal məkandakı mövqeyinin nə qədər güclü olduğunu göstərir. Azərbaycan indiyədək Bakıda çoxsaylı beynəlxalq əhəmiyyətli toplantıların yüksək səviyyədə keçirilməsinə nail olub və bu istiqamətdə özünü təsdiqləyib.

Elçin Xalidbəyli: Azərbaycan həm Qərb, həm də Şərq ölkələri üçün mühüm strateji tərəfdaş mövqeyini gücləndirir

E.Xalidbəyli qeyd edib ki, Azərbaycanın AQEM-ə sədrlik etməsi ölkənin liderlik qabiliyyətini və potensialını ortaya qoyur. Bu, Azərbaycanın beynəlxalq məkanda aparıcı dövlətlər sırasında yer almaq istiqamətindəki iddialarını tədricən reallaşdırdığını göstərir:

"Azərbaycan Asiya dövlətləri ilə siyasi-diplomatik və iqtisadi-ticarət münasibətlərini genişləndirməklə çoxvektorlu xarici siyasətinin bəhrələrini əldə edir. Azərbaycanın coğrafi mövqeyi Avropa ilə Asiyanın nəqliyyat-logistika vasitəsilə birləşdirilməsində mühüm rol oynayır".

Politoloq hesab edir ki, Azərbaycan həm Qərb, həm də Şərq ölkələri üçün mühüm strateji tərəfdaş mövqeyini gücləndirir. Xüsusilə Zəngəzur dəhlizinin açılması ölkənin tranzit imkanlarını genişləndirə, iki qitə arasında iqtisadi, ticarət, logistika və geostrateji əlaqələrdə rolunun artmasına şərait yarada bilər.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью