Aqil Abbas Ağdamdan ev istəyir

30.10.2026

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


"Mənim atamın Ağdamda vaxtı ilə 6 otaqlı evi olduğu halda, mənə oradan ev vermirlər. Səbəbi isə odur ki, Ağdam qeydiyyatında deyiləm və məcburi köçkün sayılmıram. Mən 70-ci ildən Bakıdayam və işimlə əlaqədar Bakı qeydiyyatındayam. Ancaq özüm ağdamlıyam ki. Eləcə də bacılarım, qardaşlarıma Ağdamdan ev verilmir. Çünki onlar da başqa yerlərdə qeydiyyatdadırlar".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Aqil Abbas deyib. Millət vəkili bildirib ki, eyni problemlə Ağdamdan olan deputat Bəxtiyar Əliyev də yaşayır:
"Belə çıxır ki, mən Ağdamdan pul verib ev almalıyam?. Bu tək mənim problemim deyil. Bu problemlə bağlı mənə çoxsaylı seçici müraciətləri daxil olur".
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью