Aqil Abbas: “Azərbaycan Yazıçılar Birliyi niyə ləğv olunmalıdır ki?”

03.02.2026

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Yazıçılar Birliyi qurumu təhqir edən yazıçıları məhkəməyə verib, tənqid edənləri yox. Təhqir edirlər. Hər kəsin hüququdur ki, məhkəməyə versin. Məni kimsə təhqir etsələr, mən də məhkəməyə verərəm. Burda müzakirə olunmalı nə var? Təhqir etməsinlər. Haqsız böhtan atmasınlar. Haqsız böhtanlar atırlar, AYB də buna görə məhkəməyə verib. Burda ayrı ciddi bir şey yoxdur”.
Demokrat.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
A.Abbas AYB kimi bir quruma hazırda ehtiyac olmadığı barədə fikirlərə isə belə münasibət bildirib: “Bu quruma ehtiyac var. AYB hazırda dörd jurnal buraxır, gənc yazıçılara mükafatlar, ildə nə qədər yazıçının adını Prezident təqaüdünün verilməsi üçün təqdim edir, kitab təqdimatları keçirir, xarici ölkələrlə əlaqələr saxlayır, yazıçılarımızın əsərləri xaricdə çap olunur, xarici yazıçıların da bizdə əsərləri tərcümə olunur, Tərcümə Mərkəzi var və s. Qeyri-Hökumət Təşkilatıdır. Hökumət də onun jurnallarına görə pul ayırır. AYB niyə ləğv olunmalıdır ki?”
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью