Icma.az, Adelet.az portalına istinadən məlumat verir.
Millət vəkili Aqil Abbas Sumqayıtda məskunlaşmış füzulililərlə görüşüb. Bu görüşün əvvəlki görüşlərdən fərqi o idi ki, füzulililər heç bir şəxsi problem qaldırmadılar.
Yalnız tezliklə öz doğma yurd-yuvalarına qayıtmaq istədiklərini dilə gətirdilər. Bununla bağlı Cənab Prezident İlham Əliyevə və Milli Məclisin sədri Sahibə xanıma bir müraciət də hazırlamışdılar. Çay süfrəsi arxasında təxminən iki saatlıq bir görüş oldu. Həmin müraciətləri yaxın günlərdə saytımızda oxuya bilərsiniz.