AQİL ABBAS SEÇİCİLƏRİİLƏ GÖRÜŞDÜ FOTOLAR

10.02.2025

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Millət vəkili Aqil Abbas Binəqədi rayonundakı məcburi köçkün şəhərciyində yaşayan füzulilili sakinlərlə görüşüb.

Görüşdə millət vəkili seçicilərin problemlərini dinləyib, bəzilərini  yerində  həll edib, bəzilərini isə müvafiq nazirliklərə  müraciət edəcəyini  bildirib. 

Çay süfrəsi  arxasında keçirilən bu görüşdə məcburi köçkünlər nə vaxt doğma yurdlarına dönəcəklərini  soruşublar.

Millət vəkili hazırda Füzuli şəhərinə köçürülmələrdən danışıb və yaxın tezlikdə yeni köçürülmələr olacağını bildirib və bir az səbr eləməklərini istəyib.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью