Aqil Abbas: “Yola duz da töküblər, , qum da...”

23.02.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Bakıya qar yağdı, yola duz da tökdülər, qum da. Əziyyət çəkdilər. Yollar açıq idi axı, indi də açıqdır. Böyük qəzalar da olmayıb. Niyə Bakı Şəhər İcra Hakimiyyətinin və ya hansısa qurumun zəhmətini yerə vuraq?”

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

“Avtobusların ötən gün 21:30-dan sonra fəaliyyətinin dayanmasından xəbərim yoxdur. AYNA bu addımı atıbsa, görünür, belə məsləhət olub, ediblər”, - A.Abbas qeyd edib.

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью