Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının sabiq baş məşqçisi Aqil Nəbiyevin yeri iş yeri müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, o, bundan sonra "Şəfa" klubunda çalışacaq.
Nəbiyev paytaxt klubunun əvəzedici komandasının sükanı arxasına dəvət olunub və razılıq verib.
"Şəfa-2" ilk 4 turda cəmi 1 qələbə qazanıb, 3 məğlubiyyətlə üzləşib. Son turda "Neftçi-2"-yə 0:4 hesablı yenilgi rəhbərliyi baş məşqçi Rasim Əliyevi istefaya göndərməyə vadar edib.
Qeyd edək ki, Aqil Nəbiyevin U-17-dən göndərilməsi ötən ay rəsmiləşib. O, Pro kateqoriyalı məşqçi lisenziyası almağa namizəddir.
Mirağa