Aqil Şirinov: Milli mənəvi dəyərlər xalqı birləşdirir

15.12.2025

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov deyib. O bildirib ki, Azərbaycanda keçirilən sorğulara əsasən, əhalinin böyük əksəriyyəti milli dəyərlərə bağlıdır:
"Bu vəziyyəti qorumaq da vacib məsələdir. Burada ailə və təhsilin başlıca rolu var. Xüsusilə məktəblərimizdə milli-mənəvi dəyərlərin təbliğatı daha məqsədəuyğundur. Gənclərin dini xadimlərdən ala biləcəkləri biliklər isə həmişə düzgün yol sayıla bilməz. Təhsildə bu istiqamətdə hədəflər və metodlar dəqiq müəyyənləşdirilməlidir. Əsas məqsəd şəxsiyyət yetişdirmək olmalıdır".
Aqil Şirinov həmçinin bildirib ki, milli-mənəvi dəyərlərlə ümumbəşəri dəyərlər bir-birinə zidd sayılmamalıdır, çünki milli dəyərlərin ümumbəşəri dəyərlərin tərkib hissəsidir.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью