Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Meksika milli komandasının baş məşqçisi Xavyer Aqirre DÇ-2026-da İngiltərəyə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az FIFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis 2:3 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“Komandama iradım yoxdur. Əlimizdən gələni etdik, sadəcə rəqib çox güclü idi. Yüksək səviyyədə keçən oyunlarda hər səhv həlledici olur.
Rəqibin azlıqdan qalmağından sonra riskli əvəzetmələr etdik, lakin faydalana bilmədik. Azarkeşlərimizə dəstəklərinə görə təşəkkür edirəm”.