Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Azərbaycanın iqlim şəraiti, coğrafi ərazisi və digər resursları imkan verir ki, özünü kənd təsərrüfatı məhsulları ilə təmin etsin”.
Gununsesi.info xəbər verir ki, bunu Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib:
“Təəssüf ki, bazarlara, ticarət mərkəzlərinə nəzər saldıqda şahidi oluruq ki, idxaldan asılı vəziyyətə düşmüşük. Piştaxtalarda olan məhsulların xeyli hissəsi xaricdən gətirilmiş məhsullardır. Həmin malların qiyməti, mənşəyi, hansı xəstəliklərə səbəb olduğu başqa söhbətin mövzusudur.
Amma yerli məhsulun inkişafındakı geriləmələr iş yerlərinin itirilməsindən, ərzaq təhlükəsizliyi ilə bağlı problemlərin olduğundan xəbər verir. Məgər aqrar məsələlərlə məşğul olan və birbaşa bu məsələlərə cavabdeh qurum Kənd Təsərrüfatı nazirliyi bu məqamları görmürmü?
Vətəndaş Cəmiyyəti İnstitutlarının geniş tədqiqat işinə ehtiyac var. Bu və digər strateji sahələrlə bağlı geniş tədqiqatlar apararaq yekun məlumatları ortaya qoymaq lazımdır. Belə məsələlər ətrafında peşəkar müzakirələr ən azından QHT sektoru tərəfindən təşkil olunmalıdır. Millətə, dövlətə xidmət orda-burda deyinməklə deyil, hər kəs öz sahəsində faydalı çalışmaqla mümkün olur”.
Şəbnəm