“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərman verilib

17.12.2024

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Prezident İlham Əliyev 27 iyun 2019-cu il tarixli “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanında dəyişiklik edib.
Reyting.az
xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, 10 hektar və daha çox torpaq sahəsində Aqrar Subsidiya Şurasının təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyasının sığorta müqaviləsi bağlandıqdan sonra verilməsi tələbi 2030-cu il yanvarın 1-nə qədər qüvvədə olacaq.

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью