Aqrar sahəyə ayrılan subsidiyalar niyə özünü doğrultmur? ARAŞDIRMA | Icma.az
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, əkin subsidiyalarının verilməsi müddəti 2030-cu il yanvarın 1-dək uzadılıb.
İstifadəsində 10 hektar və daha çox torpaq sahəsi olanlara əkin subsidiyası sığorta müqaviləsi bağlandıqdan sonra verilir.
Bu subsidiya fermerlərə kənd təsərrüfatı istehsal vasitələrinin alınması, torpaqların aqrokimyəvi analizinin aparılması, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınıb qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə ayrılır.Subsidiyalarının verilməsi müddətinin uzadılmasına münasibət bildirən iqtisadçı ekspert Cəfər İbrahimli Bakupost.az-a deyib ki, subsidiyalar əsasən, aqrotexniki xərcləmələr üçün verilir.
Bu da məhsuldarlığa müsbət təsir edir: “Aqrar sahəyə subsidiya ayrılmasında məqsəd kənd təsərrüfatı məhsulları üzrə istehsal xərclərini tənzimləmək, fermerlərin gəlirini artırmaq, ərzaq məhsullarının qiymətlərini stabilləşdirmək və lazım olan qədər ərzaq məhsulları istehsalını təşviq etməkdir.
Bəzi məhsullar var ki, onlara verilən subsidiya məbləğləri regionlar üzrə müəyyənləşib.
Çünki məhz həmin regionda məhsuldarlığın yüksək olması mümkündür.
Buna görə də, o məhsullar ancaq regionlar üzrə subsidiyalaşdırılır”.İqtisadçının sözlərinə görə, fermerlərə verilən əkin subsidiyasının 25 faizi nağd, 75 faizi isə nağdsız formada verilir.
Tam oxu
Xəbəri oxu