Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub EKSPERT ŞƏRHİ

19.11.2024

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Son 7 ildə aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub.

Gununsesi.info xəbər verir ki, bunu siyasi şərhçi Elçin Rüstəmli sosial şəbəkə hesabında yazıb.


“Hesablama Palatasının 2025-cil büdcəsinə rəyindən belə qənaətə gəlmək olur:

Aqrar sahəyə davamlı olaraq subsidiyalar verildiyi halda, kənd təsərrüfatı üzrə əlavə dəyərin ÜDM-də payında müsbət dinamika müşahidə olunmur. 2017-ci illə müqayisədə 2023-cü ildə bitkiçilik sahəsinə verilmiş subsidiyalar 2,2 dəfə, 1 hektara düşən subsidiya 2,4 dəfə artıb, subsidiya vahidinə düşən bitkiçilik məhsulunun dəyəri isə 12,2% azalıb”– deyə E.Rüstəmli əlavə edib.
Onun sözlərinə görə, 2025-ci ildə Aqrar Kredit və İnkişaf Agentliyinə 484,5 mln. manat subsidiya proqnozlaşdırılıb ki, bu da 2024-cü ilin proqnozundan 41,6 mln. manat və ya 9,4% çoxdur. ” Subsidiyaların nəticəlilik baxımından müsbət təsirləri arzuolunan səviyyədə deyil. Belə ki, 2025-ci ildə bu istiqamətdə xərclərdə 2024-cü ilin proqnozu ilə müqayisədə 9,4% artım nəzərdə tutulduğu halda, bitkiçilik və heyvandarlıq sahələrində istehsalın illik artımının cəmi 0,1 faiz bəndi olması gözlənilir”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью