Aqrar sektorda süni intellekt kadr tələbatını dəyişir

18.11.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Aqrar sektorda kadr tələbatı dəyişir.

Modern.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Peşə Təhsili Forumu 2026 tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, qarşıdakı illərdə torpaq fondunun ərazilərinin 130 min hektardan 2030-cu ilədək 300 min hektara çatdırılması, intensiv meyvə bağlarının sahəsinin 70 min hektara qədər artırılması və heyvandarlıq sahəsində özünütəminetmə səviyyəsinin yaxşılaşdırılması ilə bağlı mühüm hədəflər müəyyənləşdirilib.

Nazir müavininin sözlərinə görə, müasir texnologiyaların, süni intellektin və digər innovativ imkanların aqrar sektorda tətbiqi kadr tələbatını, eləcə də mütəxəssislərdən tələb olunan bilik və bacarıqları dəyişdirir.

O qeyd edib ki, peşə təhsili müəssisələrində hazırlanan kadrların bilik və bacarıqları dəyişən dövrün tələblərinə və aqrar sektorun ehtiyaclarına uyğunlaşdırılmalıdır:

“Xüsusilə regionlarda fəaliyyət göstərən, maddi-texniki bazası yaxşılaşdırılmış peşə təhsili müəssisələrinin bu istiqamətdə xüsusi əhəmiyyəti var.

Aqrar sektorda çalışan əhali əsasən regionlarda məskunlaşıb. Bu sahəyə yalnız insanların gəlir və məşğulluq mənbəyi kimi deyil, həm də regionların inkişafı, kənd yerlərində əhalinin yaşayışının davamlılığı və məşğulluğun təmin edilməsi baxımından yanaşmalıyıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью