Aqrar sektorun ölkəyə töhfəsi artır

12.09.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Son illər Azərbaycanın aqrar sektorunda müşahidə olunan dinamik inkişaf tendensiyası cari ilin ötən dövründə də davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-avqust aylarında ölkədə 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz çoxdur.

Hesabat dövründə ölkədə heyvandarlıq məhsullarının istehsalı 2 faiz, bitkiçilik məhsullarının istehsalı isə 3,1 faiz çoxalıb. Ümumi məhsulun 50 faizii bitkiçiliyin, 50 faizi isə heyvandarlığın payına düşüb.

Komitənin məlumatına əsasən, cari ilin 8 ayında diri çəkidə 396,1 min ton ət, 1 milyon 494,6 min ton süd, 1 milyard 625,7 milyon ədəd yumurta, 13,9 min ton yun, 155,8 ton barama istehsal olunub. Əvvəlki ilə nisbətən ət istehsalı 3,2 faiz, süd istehsalı 0,1 faiz, yumurta istehsalı 1,2 faiz artıb. Bununla yanaşı, yun istehsalı 3,1 faiz, barama istehsalı isə 16,5 faiz azalıb.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью