Aqrar Sığorta Fondu şaxtavurmaya görə 915 min manat zərər ödənişləri edib | Icma.az
Icma.az bildirir, Marja.az portalına istinadən. Son günlər ölkənin müxtəlif ərazilərində müşahidə edilən qeyri-sabit hava şəraiti - qar yağı
Eyni zamanda Fond əkinlərini sığortalamış fermerləri öz bağlarındakı vəziyyəti izləməyə və hadisə baş verdikdə fonda vaxtında müraciət etməy
Belə ki, İndiyədək Aqrar Sığorta fondu tərəfindən şaxtavurma (donvurma) hadisələri üzrə 915 min manat sığorta ödənişi həyata keçirilib.
Aqrar sığorta ödənişləri badam, şaftalı, nektarin, limon, naringi, portağal, ərik, gavalı, gilas meyvələri üzrə həyata keçirilib.Şaxtavurma riskindən sığortaya böyük maraq səbəbindən sığorta ödənişləri də hər il sürətlə artmaqdadır.
2023-cü ildə şaxtavurma (donvurma) riski üzrə cəmi 5 min manat sığorta ödənişi edildiyi halda, 2024-cü ildə Aqrar Sığorta Fondu tərəfindən sığorta ödənişləri 130 min manata, 2025-ci ildə isə 780 min manata yüksəlib.
Xatırladaq ki, hazırda Aqrar Sığorta Fondu 41 bitki növü və bitkiçilik məhsullarını, eləcə də heyvandarlıq və akvakultura (balıqçılıq) təsərrüfatlarını sığorta edir.Aqrar Sığorta Fondu meyvə bağlarını və məhsulu dolu, fırtına-qasırğa, sel və subasma, normadan artıq qar yağıntaları, doludan keyfiyyət itkisi, şaxtavurma, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri və sair risklərdən sığorta edir.
Sığorta haqqının 50%-ni isə fermerin yerinə dövlət ödəyir.Aqrar sığorta şərtləri və tariflərlə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür.
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Tam oxu
Xəbəri oxu