Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Daşkəsəndə vətəndaşları qəbul edəcək

05.12.2024

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov dekabrın 12-də saat 10:00-da Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı vətəndaşların Aqrar Sığorta Fondunun səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin (1652) və Aqrar Sığorta Fondunun (1651) “Çağrı Mərkəzləri”nə, eyni zamanda Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinə (070-866-48-66) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью