Aqrar şirkətin ixracı 28% artıb

02.07.2026

Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2026-cı ilin yanvar-may aylarında “P-AQRO” MMC-nin ixracı 21 milyon 600 min ABŞ dolları təşkil edib.

Bu barədə Marja.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı il üzrə iyun sayına istinadən xəbər verir.

2025-ci ilin eyni dövründə şirkətin ixracı 16 milyon 900 min ABŞ dolları idi. Nəticədə ixrac 4 milyon 700 min ABŞ dolları və ya 27,8% artıb.

“P-AQRO”nun göstəricisi aqrar ixracda sabit artım trendini göstərir. Artım tempi digər sıçrayış xarakterli şirkətlərlə müqayisədə daha mülayim olsa da, şirkət ilk onluqdakı mövqeyini qoruyub.

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью