Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib | Icma.az
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Aprelin 23-də Milli Məclisin Aqrar siyasət komitəsində “Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə keçirilib.Newscenter.az xəbər verir ki, tədbiri giriş nitqi ilə açan Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycanın uğurlarından söz açıb, ölkə iqtisadiyyatının inkişafından, dövlətimizin aqrar sahəyə, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə göstərdiyi diqqət və qayğıdan danışıb.
O bildirib ki, aqrar sahədə həyata keçirilən islahatlar, yeni qanunların qəbulu, fərman və sərəncamların imzalanması, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılması, yeni subsidiya mexanizminin tətbiqi və aqrar sığortanın genişləndirilməsi kimi tədbirlər öz müsbət nəticələrini verməkdədir.
Vurğulayıb ki, vətəndaşlar əldə edilən uğurlara, kənd təsərrüfatı sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə böyük maraq göstərirlər.Komitə sədri bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarova ictimaiyyətin marağını, ərzaq təhlükəsizliyinin təmin edilməsinin vacibliyini nəzərə alaraq, belə bir dinləmənin təşkilini məqsədəuyğun hesab edib.
Tahir Rzayev tədbirin keçirilməsi üçün lazımi şərait yaratdığına görə parlamentin rəhbərliyinə təşəkkürünü ifadə edib.Sonra çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov kənd təsərrüfatının ölkə iqtisadiyyatındakı rolunu, iqtisadiyyatın diversifikasiyasındakı, davamlı inkişafındakı əhəmiyyətini vurğulayıb.Azərbaycanda Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu aqrar islahatları bu gün həmin sahədə əldə edilən nailiyyətlərin əsası kimi dəyərləndirən komitə sədri sonrakı dövrdə də kənd təsərrüfatı və aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb.
O, dövlət başçısının kənd təsərrüfatı məhsullarının istehsalçılarına böyük önəm verdiyini, aqrar sahənin inkişafını daim prioritetdə saxladığını qeyd edərək, Azərbaycanda bu sahədə həyata keçirilən tədbirlər, yeni dəstək mexanizmləri barədə fikirlərini səsləndirib.Sonra kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova aqrar sektorun inkişafının əsas nailiyyətləri, bu istiqamətdə həyata keçirilən strategiyaları diqqətə çatdırıb, həmçinin perspektivdə duran əsas vəzifələrə qısaca nəzər salıb.Nazir müavini qeyd edib ki, ilk növbədə kənd təsərrüfatı sahəsi üzrə istehsalda artım müşahidə edilir.
Aqrar sektorun inkişaf meyllərini və göstəricilərini diqqətə çatdıran İlhamə Qədimova qeyd edib ki, 2025-ci ilin 1-ci rübündə bu sahədə artım ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% olub.
O, bildirib ki, kənd təsərrüfatı məhsullarının ixracında da artım tempinə nail olunub, yeni ixrac trendləri yaranıb, kənd təsərrüfatı və emal məhsullarının ixracı son 5 ildə 40%-dən çox artıb.Qeyd olunub ki, aqrar sektorun inkişaf strategiyası məhsuldarlığın artımına, intensiv və innovativ təsərrüfatçılığın genişlənməsinə, həmçinin dayanıqlı inkişafı təmin edən mexanizmlərin tətbiqinə əsaslanan tədbirlərlə xarakterizə olunur.
Tam oxu
Xəbəri oxu