Aqrar Tədqiqatlar Mərkəzi Yay Təcrübə Proqramı təşkil edir

03.06.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 3 iyun, AZƏRTAC

Aqrar Tədqiqatlar Mərkəzi Yay Təcrübə Proqramı təşkil edir. “Aqrar elmə doğru ilk addım” adlı Proqramda yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin sonuncu kurs bakalavr və ya magistr pilləsinin iqtisadiyyat və maliyyə ixtisası istiqamətləri üzrə təhsil alan tələbələri və ya yeni məzun olmuş şəxslərin iştirakı nəzərdə tutulur.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, təcrübə proqramının məqsədi gənclərin aqrar sahə ilə bağlı biliklərinin artırılması, ölkədə kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərlə tanışlıq, Mərkəzdə aparılan tədqiqat işlərində iştiraklarının təmin edilməsidir. Bu isə sonda iştirakçılara bilik və bacarıqlarının artırılması ilə yanaşı, tədqiqat və araşdırma sahəsində təcrübə qazanmalarına, gələcəkdə bir araşdırmaçı, tədqiqatçı alim kimi yetişmələrinə dəstək verəcək, karyera imkanları qazandıracaq.

1-ci Yay Təcrübə Proqramı iyunun 23-dən avqustun 22-dək davam edəcək. İki aylıq Proqramda Azərbaycan Respublikasının vətəndaşı, yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin sonuncu kurs bakalavr və ya magistr pilləsinin iqtisadiyyat və maliyyə ixtisası istiqamətləri üzrə təhsil alan tələbələri və ya yeni məzun olmuş, Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (GPA) yüksək, təşəbbüskar və öyrənməyə açıq gənclər iştirak edə bilər. Son müraciət tarixi iyunun 15-dir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью