Aqrar Universitetdə nöqsanlar aşkarlandı FOTO

29.06.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hesablama Palatası Azərbaycan Dövlət Aqrar Universitetində müəyyən edilmiş nöqsanlarla əlaqədar qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, bu məsələ Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrlik etdiyi kollegiya iclasında müzakirəyə çıxarılıb.
Kollegiya iclasında auditor Vəfa Mütəllimovanın hazırladığı "Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyətinin auditinin nəticələrinə dair Auditor hesabatı" müzakirəyə çıxarılıb.
 

Hesabatın təqdimatı zamanı Səmərəlilik auditi şöbəsinin mütəxəssisləri tərəfindən auditin əhatə etdiyi predmetlər üzrə əsas nəticələr və aşkar edilmiş nöqsanlar barədə məlumat verilib. Müzakirələr gedişində Milli Məclisin deputatları audit nəticələrinə dair müxtəlif fikirlər bildirərək təkliflər irəli sürüblər.


İclasda iştirak edən universitetin rektoru Zəfər Qurbanov audit nəticələrinin müvafiq sahədə fəaliyyətin inkişafına və təkmilləşdirilməsinə müsbət təsir göstərəcəyini vurğulayıb, irəli sürülmüş təklif və tövsiyələrin diqqətə alınacağını bildirib.
Müzakirələrin nəticəsində auditor hesabatının təsdiq olunmasına, eyni zamanda müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün audit olunan qurum tərəfindən lazımi tədbirlərin həyata keçirilməsinə dair qərar qəbul edilib.
Qeyd edək ki, iclasda Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, deputat Samir Vəliyev, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin struktur bölmə rəhbərləri iştirak ediblər.




Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью