Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ağdamda vətəndaşlarla görüşəcək AZƏRTAC

02.12.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 dekabr, AZƏRTAC

Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev dekabrın 5-i saat 10:00-da Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşlarla görüşəcək.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş görüşündə iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinə (070-950-24-29) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Görüşə gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью